Xidmətlərimiz

Xaricdə Bakalavr Təhsili

Qlobal karyeranıza dünyanın ən yaxşı universitetlərində başlayın. Düzgün ixtisas və ölkə seçimi ilə gələcəyinizi indikidən zəmanət altına alın.

Beynəlxalq Diplom

Dünyanın hər yerində tanınan və etibarlı sayılan diplomla qlobal iş bazarına rəqabətədavamlı kadr kimi daxil olun.

Praktik Təhsil

Nəzəriyyədən daha çox praktikaya, laboratoriya işlərinə və beynəlxalq şirkətlərdə təcrübə (internship) proqramlarına üstünlük.

Dil və Adaptasiya

Fərqli mədəniyyətlərlə tanışlıq, sərbəst xarici dil bilikləri və gənc yaşda müstəqil qərar vermə bacarıqlarının inkişafı.

Qəbul Üçün Nələr Tələb Olunur?

Universitetlərə müraciət prosesində lazım olan əsas sənədlər və şərtlər.

Məktəb attestatı və ya cari qiymət cədvəli (Transkript). Əksər Avropa və ABŞ universitetləri üçün minimum orta bal (GPA) 100 üzərindən 75+ və ya 4.0 üzərindən 3.0+ olmalıdır. Təqaüd istəyirsinizsə, bu göstərici daha yüksək (85+) olmalıdır.

İngilis dilli proqramlar üçün adətən IELTS (6.0 və ya 6.5), TOEFL və ya Duolingo sertifikatı tələb olunur. Alman dili üçün TestDaF, Türk dili üçün TÖMER sertifikatları lazımdır. Bəzi universitetlər daxili imtahan da təşkil edə bilər.

Motivasiya məktubu: Niyə məhz o universiteti və ixtisası seçdiyinizi, gələcək hədəflərinizi izah edən xüsusi esse. Biz bu məktubun yazılmasında sizə köməklik edirik.

Tövsiyə məktubu: Məktəb müəllimlərinizdən sizin akademik və şəxsi keyfiyyətlərinizi təsdiqləyən 2 ədəd rəsmi arayış.

Ölkə və universitetə görə dəyişir. Məsələn, ABŞ, Kanada və Türkiyənin bir çox dövlət universitetləri beynəlxalq tələbələrdən SAT və ya YÖS nəticəsi tələb edir. Avropada isə əksər hallarda sadəcə attestat və dil sertifikatı kifayətdir.

Bizimlə Proses Necə İzləyir?

1

Konsultasiya

Büdcə və akademik göstəricilərin analizi.

2

Seçim & Sənəd

Ölkə/Universitet seçimi və sənədlərin toplanması.

3

Müraciət

Rəsmi müraciətlərin göndərilməsi və təqibi.

4

Qəbul & Viza

Qəbulun alınması və viza prosesinə dəstək.