Xaricdə Magistratura
Karyeranızda böyük bir sıçrayış edin. Dünyanın qabaqcıl universitetlərində dar ixtisaslaşma ilə qlobal iş bazarının ən çox axtarılan mütəxəssisinə çevrilin.
Karyera Sıçrayışı
Statistikalara görə, xaricdə magistratura təhsili alan məzunlar rəqiblərinə nisbətən daha tez yüksək rəhbər vəzifələrə və xüsusi maaş artımına nail olurlar.
Dar İxtisaslaşma
Bakalavr təhsilindən fərqli olaraq, magistratura sizi sənayenin xüsusi bir sahəsində unikal ekspertə çevirir. Laboratoriya və tədqiqat imkanları sizi fərqləndirir.
Qlobal Şəbəkə (Network)
Sizinlə eyni hədəfləri bölüşən peşəkarlarla, professorlarla və şirkət nümayəndələri ilə tanış olaraq gələcək biznes əlaqələrinizi indikidən qurun.
Qəbul Üçün Nələr Tələb Olunur?
Bakalavrdan fərqli olaraq, magistratura müraciətlərində spesifik sənədlər önə çıxır.
Müvafiq və ya yaxın ixtisas üzrə bakalavr diplomu (və ya sonuncu kurs arayışı). Xaricdə magistratura üçün tələb olunan minimum akademik göstərici (GPA) adətən Avropa üçün 2.5+ (4.0 üzərindən), rəqabətli universitetlər və təqaüdlər üçün isə 3.0+ təşkil edir.
Magistratura səviyyəsində akademik oxuma və yazma tələbləri ağır olduğu üçün dil göstəriciləri daha yüksək olmalıdır. Əksər proqramlar üçün minimum IELTS 6.5 (hər bölmədən min 6.0) və ya TOEFL iBT 90+ tələb olunur.
Bakalavr dövründə qazanılan iş təcrübəsi (internship), sosial fəaliyyətlər, iştirak edilən elmi konfranslar və proyektləri özündə cəmləşdirən peşəkar Avropa (Europass) formatlı CV. Xüsusilə MBA proqramları üçün ən az 2-3 illik real iş təcrübəsi şərtdir.
Əsasən ABŞ və Kanadada, eyni zamanda Avropanın top biznes (MBA üçün GMAT) və mühəndislik (GRE) məktəblərinə qəbul üçün tələb olunan məntiq-riyaziyyat əsaslı beynəlxalq imtahan nəticələridir.
Akademik Karyeranıza Start Verin
Mürəkkəb müraciət qaydaları, sənəd toplanması və universitetlərlə yazışmaları peşəkarlara həvalə edin. Siz yalnız ixtisasınızı seçin.
Müraciətə Başla